Türkiyə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılan
prinsiplər əsasında həll edilməsinin tərəfdarıdır
Türkiyə Dağlıq Qarabağ
münaqişəsinin razılaşdırılan prinsiplər
əsasında həll edilməsinin tərəfdarıdır.
AzərTAc xəbər verir ki, bu fikirləri Türkiyə
Prezidenti Abdullah Gül jurnalistlərə
açıqlamasında bildirmişdir.
O qeyd etmişdir ki, bu istiqamətdə
bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar
səylərini artırmalıdır. Qafqazda sülhü bərqərar
etmək üçün Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq prinsipləri çərçivəsində həlli
vacibdir. Eyni bölgədəki ölkələr arasında
dostluq münasibətləri olmalıdır. Bu münasibətlərin
yaradılması üçün isə işğal
altındakı torpaqlar azad edilməli, qaçqınlar
doğma yurdlarına qayıtmalıdırlar.
Azərbaycan.-2011.-23
iyul.-S.1.