Bakının zəngin mənəvi
sərvətləri
Azərbaycanda ailə və məişət
məsələləri bədii, publisistik
və tarixi əsərlərdə əsas
mövzulardan sayılıb.
Xalqımızın qədim köklərə malik
olması bu məsələnin daim öyrənilməsini zərurətə çevirib. Lakin zaman keçdikcə bu sahədə
əldə edilən yeni məlumatlar onun bir daha
tədqiqi ehtiyacını ortaya qoyub.
Yüzilliklər
boyu xalqımızın yaddaşında,
adət-ənənələrində formalaşan
və yaşadılan, nəsillərin bir-birinə yadigar etdiyi mənəvi dəyərlərin
toplanması və tədqiqi maraqlı olduğu
qədər də əhəmiyyətli sayılıb. Bakı təkcə paytaxt və ya liman şəhəri kimi deyil, eyni zamanda
Böyük İpək Yolu
üzərində salınmış mədəniyyət mərkəzi
kimi də daim
avropalı səyyahların diqqətini özünə
çəkib və xatirələrində öz
əksini tapıb.
Azərbaycan
xalqının ailə-məişət məsələləri
ilə bağlı kifayət qədər yazılsa da, hər dəfə yeni
çalarların üzə çıxması onun zənginliyini ortaya qoyur. Professor Nərgiz Quliyevanın rus və
ingilis dillərində çapdan
buraxılan "Azərbaycanda müasir kənd
ailəsi və ailə məişəti", həmçinin
"XIX-XX əsrlərdə Bakı şəhər əhalisinin
ailə və ailə məişəti" (Azərbaycan, rus, ingilis dillərində)
kitablarında da söhbət məhz
adıçəkilən məsələlərdən gedir. "XIX-XX əsrlərdə
Bakı şəhər əhalisinin ailə və ailə məişəti"
kitabının "Ön
söz"ündə deyildiyi kimi, ki, hələ XV əsrdə
Şirvanşahlar dövlətinin
paytaxtına çevrilmiş Bakıda bir çox tarixi, mədəniyyət abidələri,
İçərişəhər kimi qədim
yaşayış məntəqəsi var.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 2003-cü ildə "Bakı şəhərində
İçərişəhər tarixi-memarlıq qoruğunun mühafizəsi və bərpası
ilə bağlı bəzi tədbirlər haqqında"
imzaladığı sərəncamda qeyd edilir ki, əcdadlarımızın
bizə yadigar qoyduğu
bu gözəl şəhərin hər
bir guşəsi, daşı, Azərbaycan
xalqının yüksək dühasını, böyük qüdrətini, ulu
mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Xalqımızın olduqca zəngin
maddi-mədəniyyət nümunələrini və mənəvi
dəyərlərini təcəssüm etdirən İçərişəhərin
YUNESKO-nun "Dünya
İrs Siyahısı"na
salınması da məhz həmin sərəncamda
göstərildiyi kimi, bugünkü
nəslin üzərinə çox böyük və ciddi məsuliyyət
qoyur.
Azərbaycan
xalqının tarixi keçmişi,
mədəniyyəti və ailə-məişət məsələlərini
öyrənən etnoqraflar, tarixçi alimlərin hər birinin
əsərlərində göstərilən zəngin faktlar bir daha
bu yerlərin qədim köklərə
bağlılığını təsdiqləyir.
Haqqında
söz açılan yeni
nəşrlərin mühüm əhəmiyyət
daşıması bir də ondan ibarətdir ki, burada nəinki Bakı əhalisinin, ümumiyyətlə,
xalqımızın məişətinin ayrı-ayrı sahələri,
adət və ənənələri, mərasimləri sistemli və geniş
şəkildə verilir. Kitabların üç
dildə nəşr edilməsi onun əhəmiyyətini
bir qədər də artırmış olur.
M.NƏRİMANOĞLU
Azərbaycan.-2011.-23
iyul.-S.6.