Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli 122 nömrəli, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2001-ci il 9 avqust tarixli 549 nömrəli, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 16 noyabr tarixli 312 nömrəli və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanının icrası məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 4, maddə 231; 2000, N 3, I kitab, maddə 159; 2008, N 7, maddə 611, N 8, maddə 719, N 10, maddə 896; 2009, N 2, maddə 71, N 12, maddələr 977, 987) 2-ci hissəsinin dördüncü bəndinin "a" "b" yarımbəndlərində, səkkizinci onuncu bəndlərində "Dövlət Əmək Müfəttişliyi" sözləri "Dövlət Əmək Müfəttişliyi Xidməti" sözləri ilə, dördüncü bəndinin "c" yarımbəndində "Baş Məşğulluq İdarəsi" sözləri "Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilsin.

2. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 8, maddə 525; 2002, N 8, maddələr 485, 488; 2008, N 9, maddə 798) 2-ci hissəsinin onuncu bəndində "Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilsin.

3. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 11, maddə 1007) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bənddə "Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilsin;

3.2. 2.3-cü bənddə "Nazirliyinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri" sözləri "Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri" sözləri ilə əvəz edilsin.

4. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 2, maddə 90, N 12, maddə 1034; 2007, N 1, maddə 7, N 10, maddə 942; 2008, N 5, maddələr 373, 374, N 8, maddə 727) 2.4-cü bəndində "Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər)" sözləri "Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon)" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 3.