Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Naşidə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Maldiv münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 3.