Azərbaycan-Polşa sənədləri imzalanmışdır

 

İyulun 25-də Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olmuşdur.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiPolşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət AbasovPolşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Yaroslav Voytoviç imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm NazirliyiPolşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzaladılar.

"Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 iyul.- S.2.