Azərbaycan
Prezidenti İlham Əliyevin
və Polşa Prezidenti
Bronislav Komorovskinin təkbətək
görüşü
İyulun 25-də rəsmi qarşılanma mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin
təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Polşa
münasibətlərinin müxtəlif sahələrdə, o
cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər
sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin
bundan sonra da genişlənəcəyi bildirildi. İkitərəfli
münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
baxımından da əhəmiyyəti vurğulandı.
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi
səfərinin əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verəcəyinə əminlik ifadə olundu.
Görüşdə ikitərəfli, regional və
beynəlxalq məsələlər barədə fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 1.