Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri
İyulun 25-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının
Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi
olmuşdur.
Hər iki ölkənin
dövlət bayraqlarının
dalğalandığı meydanda
ali qonağın
şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə
raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev
Polşa Prezidenti Bronislav Komorovskini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Polşa
Prezidentinə raport verdi. Polşanın
və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri
qarovul dəstəsinin qarşısından keçdilər. Polşa Prezidenti Azərbaycan
əsgərlərini salamladı.
Azərbaycanın dövlət və
hökumət nümayəndələri Prezident Bronislav
Komorovskiyə, Polşa nümayəndə heyətinin üzvləri
Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi
marşın sədaları altında dövlət
başçılarının qarşısından
keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.-S. 1.