Azərbaycan-Polşa
sənədləri imzalanmışdır
İyulun 25-də Prezident İlham Əliyevin
və Prezident Bronislav
Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa
sənədlərinin imzalanma mərasimi olmuşdur.
"Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının
Kənd Təsərrüfatı və Kəndin
İnkişafı Nazirliyi arasında
baytarlıq sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının kənd təsərrüfatı
naziri İsmət Abasov və Polşa
Respublikasının kənd təsərrüfatı və kəndin
inkişafı nazirinin müavini
Yaroslav Voytoviç
imzaladılar.
"Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi və Polşa
Respublikasının Mədəniyyət və Milli
İrs Nazirliyi
arasında 2011-2013-cü illər üçün
Əməkdaşlıq Proqramı"nı Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
və Polşa Respublikasının xarici işlər nazirinin
müavini Yeji Pomyanovski imzaladılar.
"Azərbaycan
Respublikası hökuməti və Polşa
Respublikası hökuməti arasında diplomatik
pasportlara malik şəxslər
üçün viza
tələbinin ləğv edilməsi haqqında" sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa
Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski
imzaladılar.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 1.