Azərbaycan
Prezidenti İlham Əliyev
Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun
25-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir.
Prezident
İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə, o
cümlədən hərbi sahədə uğurla
inkişaf etdiyini
vurğuladı, çoxşaxəli əlaqələr
çərçivəsində hərbi-texniki əməkdaşlığın
razılıq doğurduğunu bildirdi. Dövlətimizin
başçısı Rusiyanın müdafiə nazirinin Azərbaycana səfərinin hərbi
sahədə əməkdaşlıqla bağlı
görülən işlərin müzakirə edilməsi və
gələcək əməkdaşlığın istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından önəmli
olduğunu söylədi.
Rusiyanın
müdafiə naziri Anatoli
Serdyukov iki ölkə
arasında hərbi və hərbi-texniki əməkdaşlığa
dair bütün
işlərin vaxtında yerinə yetirildiyini
və bununla bağlı müdafiə
nazirlikləri səviyyəsində məsələlərin uğurla həll edildiyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 3.