Şəhidlərin
xatirəsinə ehtiram
Azərbaycan Respublikasında rəsmi səfərdə
olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski
iyulun 25-də Şəhidlər xiyabanını ziyarət
etmişdir.
Burada ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Polşa Prezidenti Bronislav Komorovski və nümayəndə
heyətinin üzvləri Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının məzarlarını ziyarət etdilər.
Polşa Prezidenti "Əbədi məşəl"
abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi
orkestrinin ifasında Polşanın və Azərbaycanın
dövlət himnləri səsləndi.
Sonra Bakının ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr edən
ali qonağa Şəhidlər xiyabanının tarixi və
paytaxtda görülən abadlıq-quruculuq işləri barədə
məlumat verildi.
AzərTAc
Azərbaycan.- 2011.- 26 iyul.- S. 4.