Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konsertiorkestrin çıxışı olmuşdur

 

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konsertiorkestrin çıxışı olmuşdur. İyulun 24-də "Qafqaz Resorte" hotelində keçirilən konsertin ilk hissəsində romantik dövrün məşhur alman bəstəkarları Yohans Bramsın və Rixard Ştrausun əsərləri səsləndirilmişdir. Konsertin ikinci hissəsində isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur. Orkestrə bədii rəhbər, xalq artisti Rauf Abdullayev dirijorluq etmişdir.

Konsertdə xalq artisti Arif Məlikovun, xalq artisti Musa Mirzəyevin, Ceyhun Allahverdiyevin, eləcə də gənc bəstəkarlar Ayaz Qəmbərlinin və Pikə Axundovanın əsərləri səsləndirilmişdir. Konsertlərdə pianoçular - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, həmin təhsil ocağının dosenti Ceyhun Allahverdiyev, Bakı Musiqi Akademiyasının və A.Zeynallı adına Musiqi Kollecinin baş müəllimi İlahə Sadıxzadə, gənc pianoçu Pikə Axundova, rusiyalı pianoçu Nina Koqan, Azərbaycan Dövlət OperaBalet Teatrının solisti Fəridə Məmmədova, İngiltərənin məşhur Şubert ansamblının yaradıcısı Saymon Blendis, London Motsart PlayersCon Eliot Gardiners Orkestrinin solisti Judis Basbrik, İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Gill, həmçinin dirijorlar - Bakı Musiqi Akademiyasının müəllimləri, əməkdar incəsənət xadimləri və Prezident təqaüdçüləri Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov iştirak etmişlər.

Üç saatdan artıq davam edən çıxışlar alqışlarla qarşılanmışdır. Konserti 400-dən artıq yerlixarici qonaq dinləmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 7.