İçərişəhərlə tanışlıq

 

Azərbaycanda rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 26-da İçərişəhərlə tanış olmuşdur.

Elektromobillə gəzinti zamanı ali qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, İçərişəhərin ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri varbunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Bronislav Komorovski təndir çörəyinə qonaq edildi.

Daha sonra Polşa rəhbəri "Xanəgah" kompleksi və Qız qalası ilə tanış oldu. Bildirildi ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.

Cümə məscidi, XVII əsrə aid ikimərtəbəli karvansaraburada fəaliyyət göstərən Muğam Teatrı ilə tanışlıq da ali qonaqda xoş təəssürat yaratdı.

Daha sonra Polşa Prezidenti Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda oldu.

Polşa rəhbəri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27  iyul.- S. 3.