Göyçay
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 9 min nəfər
əhalinin yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 2,5
milyon (iki milyon beş yüz min) manatı Göyçay Rayon
İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində
nəzərdə tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2011-ci il
Azərbaycan.- 2011.-29 iyul.- S. 1.