Azərbaycan
Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Bir sıra mərkəzi icra hakimiyyəti
orqanlarının strukturlarının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il
14 iyul tarixli 1015 nömrəli Sərəncamının 14.1-ci
bəndinin icrasını təmin etmək məqsədi ilə
qərara alıram:
1. "Azərbaycan
Respublikası Vergilər Nazirliyinin strukturu" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 29 iyul.- S. 1.