2011-ci
il mayın 26-da Roma
şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Fövqəladə Hallar
Nazirliyi və İtaliya
Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti
arasında mülki müdafiə sahəsində
əməkdaşlıq, fövqəladə hallar
zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma
Memorandumu"nun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il mayın
26-da Roma şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər
Şurası Sədrliyinin
Mülki Müdafiə
Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq,
fövqəladə hallar
zamanı yardım və qarşılıqlı
fəaliyyət haqqında
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi bu fərmanın 1-ci hissəsində
göstərilən Anlaşma
Memorandumunun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
İtaliya Respublikası
tərəfini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 29 iyul.- S. 1.