"İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarına baxılması, qəbul edilməsi və təsdiqi
qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"İcra hakimiyyəti
orqanlarının normativ
hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanını "Normativ
hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının 2010-cu il
21 dekabr tarixli 21-IVKQ nömrəli Konstitusiya Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
1. "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 8, maddə 492; 2007, ¹ 11, maddə 1103) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. Fərmanın adında və 1-ci hissəsində
"aktlarına baxılması,
qəbul edilməsi və təsdiqi" sözləri "aktlarının
hazırlanması və
qəbul edilməsi"
sözləri ilə əvəz edilsin;
1.2. həmin fərmanla
təsdiq edilmiş
"İcra hakimiyyəti
orqanlarının normativ
hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"
yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Normayaratma fəaliyyətinin
aşkarlığının təmin edilməsi və normativ hüquqi aktların layihələrinin açıq
(ictimai və ya peşəkar) müzakirəyə çıxarılması
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları hazırladıqları
normativ hüquqi aktların layihələrinin
razılaşdırılmaya göndərildiyi andan
"elektron hökumət"
portalında yerləşdirilməsini
təmin etsinlər.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti üç ay müddətində:
3.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. bu fərmanın
2-ci hissəsində nəzərdə
tutulmuş normativ hüquqi aktların layihələrinin "elektron
hökumət" portalında
yerləşdirilməsi işinin
təşkilini təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.5. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
13 fevral tarixli 363 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Mərkəzi
icra hakimiyyəti orqanlarının Nümunəvi
Əsasnaməsi"ndə mərkəzi icra hakimiyyəti orqanının
rəhbəri və ya kollegiyası tərəfindən normativ
hüquqi aktların qəbul edilməsi hallarının müəyyən
olunması ilə bağlı dəyişikliklər
edilməsi barədə
təkliflərini iki
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
5. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılması
ilə bağlı tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 iyul 2011-ci
il
Azərbaycan.- 2011.-29 iyul.- S. 1.