"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanını "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 77-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 622; 2002, ¹ 8, maddə 478; 2005, ¹ 4, maddə 299; 2006, ¹ 2, maddə 92; 2008, ¹9, maddə 798) 2-ci hissəsinin ikinci abzasından " 10-cu maddəsinin IX hissəsində" sözləri çıxarılsın.

              

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 29 iyul.- S. 1.