2011-ci il mayın
17-də Bakı şəhərində imzalanmış
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi və
Çexiya Respublikasının Texniki Standartlaşdırma,
Metrologiya və Dövlət Sınaqları üzrə
İdarəsi arasında standartlaşdırma, metrologiya və
uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2011-ci
il mayın 17-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi və Çexiya Respublikasının Texniki
Standartlaşdırma, Metrologiya və Dövlət
Sınaqları üzrə İdarəsi arasında
standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi
sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi bu fərmanın 1-ci
hissəsində göstərilən Anlaşma Memorandumunun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Anlaşma Memorandumunun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Çexiya
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 29 iyul.- S. 2.