“Qaçqınların
və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin)
statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq qərara alır:
“Qaçqınların
və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹7, maddə
392; 2001-ci il, ¹11, maddələr 676, 699, ¹12, maddə 731; 2007-ci
il, ¹11, maddə 1053; 2010-cu il, ¹4, maddə 280) 12-ci maddəsinin
ikinci hissəsinə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
Qaçqın
vəsiqəsinin və Yol sənədinin verilməsinə
görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə
dövlət rüsumu tutulur.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 iyun
2011-ci il.
Azərbaycan.- 2011.- 30 iyul.- S. 1.