Mərakeşin
Kralı Əlahəzrət VI Məhəmmədə
Əlahəzrət!
Əziz qardaşım!
Milli bayramınız - Taxt-tac günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Mərakeş dostluğu və əməkdaşlığı daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 14 iyul 2011-ci il
Azərbaycan.- 2011.-30 iyul.- S. 1.