Ümummilli lider Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət
Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla
yad etmiş, məzarları
üzərinə tər çiçəklər düzmüşdür. Qonaq
Bakının ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.
Azərbaycan.- 2011.-30 iyul.- S. 5.