İsveçrə
Konfederasiyasının Prezidenti zati-aliləri
xanım Mişelin Kalmi-Reyə
Hörmətli xanım Prezident!
Milli bayramınız
- Konfederasiyanın yaranması
günü münasibətilə
Sizə və xalqınıza şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-İsveçrə münasibətləri özünün
dinamik inkişafı ilə səciyyələnir. Əminəm
ki, dost ölkələrimizi
və xalqlarımızı
birləşdirən çoxşaxəli
əlaqələrin daha
da möhkəmləndirilməsi,
əməkdaşlığımızın
bütün sahələrdə
dərinləşdirilməsi istiqamətində səylərimizi
bundan sonra da fəal şəkildə
davam etdirəcəyik.
Belə
bir xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost İsveçrə xalqına
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2011-ci il
Azərbaycan.- 2011.-31 iyul.- S. 1.