“Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq qərara alır:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹6, maddə 497; 1999-cu il, ¹ 5, maddə 285; 2001-ci il, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹11, maddələr 672, 687, 693; 2002-ci il, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006-cı il, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007-ci il, ¹ 6, maddə 560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008-ci il, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 2, maddə 46, ¹ 12, maddə 949; 2010-cu il, ¹ 11, maddə 962; 2011-ci il, ¹ 2, maddələr 70, 71) aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilsin:
“Maddə 17-1. Əhalinin sağlamlığının qorunması sahəsində
məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqları
Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunurlar.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2011-ci il
Azərbaycan.- 2011.- 31 iyul.- S. 1.