Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, (II kitab), maddə 585; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹
1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003-cü il, ¹
6, maddə 276; 2004-cü il, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹
8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005-ci il, ¹ 1,
maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹
10, maddə 874, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 1, maddə 3,
¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə
929, ¹ 12, maddə 1032; 2007-ci il, ¹ 2, maddələr 65, 68, ¹ 6,
maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə
1049, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr
606, 607, ¹ 12, maddə 1045, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7,
maddə 517, ¹ 12, maddə 966; 2010-cu il, ¹ 3, maddələr 171,
173, 178, ¹ 7, maddə 593, ¹ 12, maddə 1058)
aşağıdakı dəyişikliklər edilsin:
1. 41.2-ci maddədə “təqsirləndirilən (şübhəli) şəxsin,” sözlərindən sonra “o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin” sözləri əlavə edilsin.
2. 87.6.14-cü maddədə “apellyasiya və ya kassasiya” sözləri “apellyasiya, kassasiya və ya əlavə kassasiya” sözləri ilə əvəz edilsin.
3. 89.4.12-ci maddədə “apellyasiya və kassasiya şikayəti” sözləri “apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti” sözləri ilə əvəz edilsin.
4. 420.2-ci maddədə “yalnız ilkin hökmün dövlət ittihamçısının kassasiya protesti” sözləri “ilkin hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti” sözləri ilə əvəz edilsin.
5. 422.3-cü maddədə “yalnız məhkum” sözləri “zərər çəkmiş şəxs, mülki iddiaçı və ya onların nümayəndələri, məhkum, sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun
2011-ci il
Azərbaycan.- 2011.- 31 iyul.- S. 1.