“Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci
və 27-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 984; 2007, ¹ 6, maddə 562,
¹ 10, maddə 938, ¹ 12, maddə 1196; 2009, ¹ 6, maddə 404, ¹ 7,
maddələr 507, 517; 2010, ¹ 10, maddə 839) 9.2-ci maddəsində
“və ona müvafiq səlahiyyətlər verildiyi halda Azərbaycan
dövləti adından” sözləri “(Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin dördüncü
abzasının tələbləri nəzərə
alınmaqla)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun
2011-ci il.
Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.