“Prokurorluq
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və
22-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Prokurorluq
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688;
2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, №1, maddə 10,
№ 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr
874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə
82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11,
maddə 944; 2011, № 4, maddə 269) 10-cu maddəsinin
üçüncü hissəsinin on doqquzuncu abzasında
“qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri
“dövlətin (hökumətin) adından öhdəlik
götürməmək şərtilə,” sözləri ilə
əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci
il.
Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.