“Bələdiyyələrin
əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə
uyğun olaraq qərara alır:
“Bələdiyyələrin
əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-ñu il, ¹12, maddə 689; 2001-ci il, ¹11, maddə
677; 2002-ci il, ¹5, maddə 237; 2003-cü il, ¹6, maddə 273, ¹ 8
maddə 419; 2004-cü il, ¹7, maddə 522, ¹10, maddə 784, ¹12,
maddələr 982, 987; 2005-ci il, ¹4, maddə 283, ¹10, maddə
884; 2007-ci il, ¹3, maddə 212, ¹11, maddə1051; 2008-ci il, ¹5, maddələr
346, 347, ¹8, maddə 708, ¹11, maddə 959; 2009-cu il, ¹4, maddə
214, ¹7, maddələr 503, 511, ¹10, maddə 770, ¹12, maddə 963;
2010-cu il, ¹7, maddə 605, ¹11, maddələr 942, 943, 961; 2011-ci
il, ¹3 maddə 166) əlavə edilmiş “Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı”nın “Şabran rayonu” bölməsinin
20.14-cü sırasında “Təzəkənd” sözü hər
iki halda “Dəvəçi” sözü ilə əvəz
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2011-ci il.
Azərbaycan.- 2011.-31 iyul.- S. 2.