Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
№8, III kitab, maddə 586, №12, maddə 835; 2001-ci il, №7, maddə
455; 2002-ci il, №1, maddə 9, №5, maddələr 237, 240, 244, №8,
maddə 463; 2004-cü il, №6, maddə 399; 2005-ci il, №4, maddə
278; 2006-cı il, №11, maddə 929; 2007-ci il, №8, maddə 756, №11,
maddə 1049, №12, maddələr 1197, 1218; 2008-ci il, №6, maddə
462, №7, maddələr 602, 607; 2010-cu il, №3, maddə 171, №4, maddə
275, №7, maddə 591) 180.3-cü maddəsi
çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 iyun
2011-ci il.
Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.