"Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il
24 iyun tarixli 174-IVQ
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2011-ci il 24 iyun tarixli 174-IVQ nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti üç ay müddətində:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
normativ xarakterli aktların "Bələdiyyələrin
əraziləri və
torpaqları haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı müvafiq tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.-31 iyul.- S. 2.