"Prokurorluq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2011-ci il 24 iyun tarixli 172-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Prokurorluq haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2011-ci il 24 iyun tarixli 172-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Prokurorluq
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına dair təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
normativ xarakterli aktların "Prokurorluq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı tədbirlər
görsün.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.