"Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2011-ci il 10 iyun tarixli 157-IVQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Cəzaların İcrası
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2011-ci il 10 iyun tarixli 157-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
normativ xarakterli aktların "Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər
görsün.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.-31 iyul.- S. 2.