"Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il
24 iyun tarixli 170-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin
bağlanması, icrası
və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2011-ci il 24 iyun tarixli 170-IVQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti iki ay müddətində:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin
bağlanması, icrası
və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli
aktların "Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv
edilməsi qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı tədbirlər
görsün.
3. Müəyyən
edilsin ki, "Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv
edilməsi qaydaları haqqında" Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinin ikinci cümləsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları həyata keçirirlər.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.