Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclasları keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV, VI hissələrinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair sorğusuna, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsi ilə bağlı müraciətinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Konstitusiya Məhkəməsi
Plenumunun sentyabrın 6-na təyin edilmiş iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
müraciətinə, sentyabrın 12-də isə Azərbaycan
Respublikası Prokurorluğunun sorğusuna baxılacaqdır.
Azərbaycan.- 2011.-31 iyul.- S. 4.