Qəbələ
III Beynəlxalq Musiqi Festivalı çərçivəsində
"Muğam axşamı" və kamera musiqisi konserti olmuşdur
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Muğam axşamı" və kamera musiqisi konserti olmuşdur.
İyulun 29-da "Qafqaz Resorte" hotelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Donizettinin, C.Rossinin və C.Kardillonun əsərləri səsləndirilmişdir.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Səbinə Əsədova (messo-soprano) və Fəridə Məmmədova (soprano), İtaliyanın R.Debaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədov (bariton), İtaliyanın Ozino Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə (tenor) çıxış etmişlər.
Festival daha sonra
"Muğam-2011" televiziya müsabiqəsi laureatlarının
konserti ilə davam etdirilmişdir. Açıq
səhnədə baş
tutmuş "Muğam
axşamı"nda Mirələm
Mirələmov, Səbinə
Ərəbli, Mustafa Mustafayev,
Kamilə Nəbiyeva, Məmməd Nəcəfov,
Ariz Hüseynov, Nigar Şabanovanın çıxışları dinlənilmişdir.
Xanəndələri tarda
Sahib Paşazadə, kamançada
Toğrul Əsədullayev,
kanonda Çinarə Mütəllibova, balabanda Mehman Nuriyev, nağarada Emin Cəbrayılov, udda Şəfa Kərimov müşayiət etmişlər.
Konsertdə 1000-ə yaxın yerli və xarici tamaşaçı iştirak
etmişdir. Gənc muğam ustalarının
ifaları tamaşaçılar
tərəfindən sürəkli
alqışlarla qarşılanmışdır.
İyulun 30-da Qəbələ III Beynəlxalq
Musiqi Festivalının
rəsmi açılış
mərasimi keçiriləcəkdir. Bu münasibətlə keçiriləcək
Qala-konsertdə Yuri Başmetin
rəhbərliyi ilə
"Yeni Rusiya" Dövlət Simfonik Orkestri çıxış
edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-31 iyul.- S. 5.