Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə xalqına ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Üzləşdiyimiz problemlər bu gün milli hüdudları həmişəkindən daha çox aşmaqdadır. Bu mürəkkəb bir-biri ilə əlaqəli çağırışların həlli variantlarının tapılması həyata keçirilməsi səbir, qətiyyət əməkdaşlıq - səmərəli kollektiv qlobal tədbirlər görülməsini tələb edir.

Qətiyyətlə hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı sürətlə dəyişən dünyaya uyğunlaşmalı, apardığımız işin inkişaf, sülh təhlükəsizlik, insan hüquqları kimi üç əsas istiqamətində real təsirli nəticələr əldə etməlidir.

Mən ruh yüksəkliyi ilə bildirirəm ki, hamı üçün davamlı, təhlükəsiz ədalətli dünyanı qurmaq istiqamətində göstərdiyimiz səylərdə Azərbaycan öndə olacaq, onun sadiqliyinə dəstəyinə arxalana biləcəyəm.

Zati-aliləri, ən yüksək hörmət ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Pan Gİ MUN,

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 1.