Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə bolqar xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi, bizə dost olan ölkənizin rifahı və firavanlığı barədə səmimi arzularımızı qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istərdim ki, Bolqarıstan ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı etimada əsaslanan ənənəvi münasibətlər, fəal əməkdaşlıq ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bir daha təsdiqləmək istərdim ki, Bolqarıstan Respublikası Azərbaycanın Avropaya inteqrasiyası səylərini dəstəkləyir, mənim ölkəm bundan sonra da Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin daha da fəallaşmasına kömək etmək arzusundadır və buna hazırdır.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir, Sizə dərin ehtiramımı bildirirəm.
Georgi PIRVANOV,
Bolqarıstan Respublikasının Prezidenti
Azərbaycan.- 2011.-1 iyun.- S.1.