Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili xarici siyasət sayəsində onun beynəlxalq nüfuzu möhkəmlənməkdə davam edir, ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilir, Azərbaycan xalqının maddi rifah səviyyəsi yüksəlir.

Dövlətlərimiz arasında dostluğun əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əmin olduğumu bildirmək istərdim ki, Ukrayna-Azərbaycan münasibətləri bundan sonra da strateji tərəfdaşlıq ruhunda, qarşılıqlı etimad dəstək prinsipləri əsasında dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

Viktor YANUKOVİÇ,

Ukraynanın Prezidenti

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 1.