Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası suverenlik illərində əsl müstəqillik əldə etmiş, iqtisadi sosial inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmlətmişdir.

Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dinamizmini qoruyub saxlayacaq, daha da möhkəmlənəcək, fəal səmərəli olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı ali dövləti vəzifənizdə yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, xoş güzəran firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

Aleksandr LUKAŞENKO,

Belarus Respublikasının Prezidenti

 

Azərbaycan.- 2011.-1 iyun.- S.1.