Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Türkmənistan xalqı hökuməti adından, habelə şəxsən öz adımdan Sizə Sizin şəxsinizdə ölkənizin dost xalqına səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.

Qəti əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətləri Türkmənistan Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı bol-bol həyat enerjisi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

Qurbanqulı BERDİMƏHƏMMƏDOV,

Türkmənistanın Prezidenti

 

Azərbaycan.- 2011.-1 iyun.- S.2.