Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Fərəhlə qeyd edirəm ki, bu gün Azərbaycan ölkənin demokratik dəyişikliklərində, siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsində və beynəlxalq aləmdə öz rolunun möhkəmlənməsində sanballı uğurlar qazanmış, dinamik inkişaf edən dövlətdir.
Qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
Marian LUPU,
Moldova Respublikası
Prezidentinin
vəzifəsini icra edən
Azərbaycan.- 2011.-1 iyun.- S. 2.