Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə davamlı rifah arzulayıram.
Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin xalqlarımızın rifahı və firavanlığı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi və inamımı bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Neboyşa RADMANOVİÇ,
Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri
Azərbaycan.- 2011.- 1 iyun.- S. 2.