Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Xəlifə bin Zayid AL NƏHƏYAN,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Azərbaycan.- 2011.-1 iyun.- S. 2.