Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının
milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə,
Sizin şəxsinizdə
Azərbaycan Respublikasının
xalqına və hökumətinə öz
adımdan, Şri-Lanka
hökuməti və xalqı adından səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük
məmnunluq hissi duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri
və sıx əməkdaşlıq xalqlarımızın
qarşılıqlı rifahı
naminə gələcək
illərdə daha da möhkəmlənəcək
və genişlənəcəkdir.
Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı
və xoşbəxtlik,
Azərbaycan Respublikasının
xalqına isə davamlı tərəqqi və rifah diləyirəm.
Mahinda RACAPAKSA,
Şri-Lanka Demokratik Sosialist Respublikasının
Prezidenti
Azərbaycan.- 2011.- 1 iyun.- S. 2.