Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyənin Quru Qoşunları təlim və doktrina
komandanı Saldıray Berkin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Türkiyənin Quru Qoşunları təlim və doktrina komandanı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Türkiyənin Quru Qoşunları təlim və doktrina komandanı Saldıray Berk 1996-1998-ci illərdə Bakıda çalışdığı zaman xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük məmnunluq hissi ilə xatırladı. Türkiyəli qonaq ölkəmizə əvvəlki səfərindən ötən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu vurğuladı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə və hərbi sənaye sahələrində uğurla inkişaf etdiyi bildirildi və bu sahədə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2011.- 1 iyun.- S. 1.