Qusarda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir

 

Qusar Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Tədbir iştirakçıları bədnam erməni təbliğatına qarşı mübarizəyə sanballı töhfə olan bu kitab barədə geniş fikir mübadiləsi aparmışlar.

"Qusar" qəzetinin redaktoru Vidadi Səfixanov, rayon 5 saylı orta məktəbin müəllimi Sevil Novruzova, rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev başqaları kitabın aktuallığı, tutarlılığı, elmi dəyəri, tarixi əhəmiyyəti barədə danışmışlar.

Bildirilmişdir ki, azərbaycanlılara türklərə qarşı ermənilərin törətdikləri soyqırımı, həyata keçirdikləri deportasiya insanlığa qarşı ən ağır cinayətlərdir. Azərbaycanlılara qarşı bədnam ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə adam öldürülmüş, yüz minlərlə soydaşımız şikəst edilmiş, öz doğma torpaqlarından didərgin düşmüşdür. Tarix boyu baş verənlərə baxmayaraq, ermənilər yenə ağılsız fikir xülyalarından əl çəkmir, hər vasitə ilə dünya ictimaiyyətini yanlış məlumatlarla aldatmağa çalışırlar. Tarixdən ermənilərə miras qalan yalan bədnam bəyanatlardan birini bu dəfə Ermənistan prezidenti Serj Sarkisyan vermişdir. Gorusda diaspordan olan jurnalistlər qarşısında çıxış edən S. Sarkisyan erməni tarixi ilə bağlı uydurmalarını cəmiyyətə sırımağa çalışmışdır.

"Dəyirmi masa"da xüsusi vurğulanmışdır ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ermənistan prezidenti S.Sarkisyanın bu uydurmalarına "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə tutarlı cavab vermişdir. Tarix boyu yalan uydurmalarla yaşayan bədxah, nankor erməniləri, düşüncəsiz danışığıyla "məşhur" olan S.Sarkisyanı real faktlarla elmi dəlillərlə ifşa edən bu kitab cəmiyyətdə geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Müəllif ermənilərin indiyə qədər söylədikləri bütün siyasi, hüquqi tarixi iddialarının əsassızlığını elmi cəhətdən tam sübuta yetirmiş, Ermənistan prezidentinin dediyi bütün fikirlərin yalandan başqa bir şey olmadığını göstərmişdir.

Tarixi faktlara əsaslanan bu əsər gənclərimizin dünyagörüşünün formalaşmasında, hər hansı bir hadisə ilə bağlı müəyyən qərar qəbul edilməsində daha əhəmiyyətli ola bilər. Həyat təcrübəsi az olan, hədsiz informasiya bolluğunda asanlıqla çaşa bilən gənclər kitabdakı dəqiq obyektiv faktlar əsasında çox düzgün qərara gələr öz əqidələrini möhkəmləndirərlər. Bu tarixi əsər hər bir müəllimin, gəncin, məktəblinin stolüstü kitabına çevrilə biləcək qədər əhəmiyyətlidir. Kitab sadə dildə yazılmış, deyilən fikirlər isə çox dəqiq obyektivdir.

Kitab erməni təbliğatına aldanmamaq, onların yalan iftiraları qarşısında çaşmamaq, guya dünya tərəfindən dəstəklənmələri qarşısında aciz qalmamaq baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda əlləri Xocalı soyqırımına, qadın qocaların qanınına batmış Ermənistan prezidenti S.Sarkisyanın növbəti sayıqlamaları bu yolla dünya ictimaiyyətini bir daha çaşdırmaq, aldatmaq cəhdləri ifşa edilir. Erməniyə bundan dəqiq layiq olduğu qiyməti təsəvvür etmək çətindir.

Elmi-tarixi araşdırmalar, gərgin zəhmət hesabına ərsəyə gələn bu əsərdə ermənilərin Azərbaycanın milli-mədəni sərvətlərinə sahib çıxmaq kimi məkrli addımlarından da geniş söhbət açılır.

Çıxış edən natiqlər əmin olduqlarını bildirmişlər ki, beynəlxalq aləm ermənilərin bədnam əməllərini sübuta yetirmiş bu kitabdan yararlanacaq, tarixi bəşəri dəyərlərə söykənən Azərbaycanı olduğu kimi tanıyacaqlar.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 2.