ParisdəPA-nın monitorinq siyasi məsələlər komitələrinin yığıncağı keçirilmişdir

 

Mayın 30-31-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) monitorinq və siyasi məsələlər komitələrinin yığıncağı keçirilmişdir.

Monitorinq komitəsinin iclasında Ukrayna, Albaniya və Serbiya ilə bağlı müzakirələr aparılmışdır. Bu ölkələr üzrə məruzəçilər və komitə üzvləri Nazirlər Komitəsinə sədrlik edən Ukraynanın, habelə Albaniya və Serbiyanın Avropa Şurasına üzvlüyə qəbul edilərkən götürdükləri öhdəliklərin yerinə yetirilməsindən, insan hüquqlarının vəziyyətindən və məhkəmələrin rolundan danışmışlar.

Siyasi məsələlər komitəsinin yığıncağında isə Tunisdəki vəziyyət, Avropa Şurası ilə ərəb ölkələri ilə demokratiya sahəsində əməkdaşlıq, XXI əsrin Avropasında birlikdə yaşamaq, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı, Belarusda vəziyyət və digər məsələlər müzakirə olunmuşdur. Artıq vahid bir ailəni xatırladan Avropa ölkələrində Avropa Şurasının prioritetləri olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Komitənin üzvləri Avronest Parlament Assambleyasının yaradılmasını mühüm hadisə adlandırmışlar. Bu təşkilatın Avropa Şurası ilə Avropa İttifaqının daha da yaxınlaşmasında böyük rol oynayacağına əmin olduqlarını bildirmişlər.

Hər iki komitənin yığıncağında Azərbaycanı təmsil etmiş Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizinPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 2.