Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Dost Azərbaycan xalqı dövlət quruculuğu, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı sahəsində çoxəsrlik ənənələrə malikdir. Azərbaycan şairlərinin, yazıçılarının, bəstəkarlarının, rəssamlarının əsərləri bütün Qafqazın sərvətinə çevrilmişdir. Respublikanın müasir tarixi iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsi, demokratik islahatlar yolunda irəliləyişlə səciyyəvidir. Ölkəmiz - Rusiya ilə Azərbaycan arasında siyasi iqtisadi münasibətlərin möhkəmlənməsini müşahidə etmək bizə xüsusilə xoşdur. Qəti əminəm ki, bu proses çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasının Çeçenistan Respublikasının işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük gələcəyi vardır. Biz Rusiya Federasiyasının qanunlarına uyğun olaraq Azərbaycan şirkətlərinin bizim respublikada perspektivli layihələrə sərmayə qoyması üçün əlverişli şərait yaratmağa hazırıq. Mən Bakıda Sizinlə görüşlərimi çox səmimi hisslərlə xatırlayıram. Ümid edirəm ki, yaxın gələcəkdə bu görüşlər davam edəcəkdir. Fürsətdən istifadə edib Sizin Rusiyaya növbəti səfəriniz çərçivəsində Çeçenistan Respublikasına gəlmək barədə əvvəl Sizə etdiyim dəvəti bir daha təsdiqləmək istəyirəm. Çeçenistan Respublikasının xalqı Sizi ən şərəfli hörmətli qonaqlardan biri kimi qarşılayacaqdır.

Sizə ailənizin üzvlərinə cansağlığı firavanlıq, Azərbaycan Respublikasına sülh tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

Ramzan KADIROV,

Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri

 

Azərbaycan.- 2011.- 1 iyun.- S.  2.