Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını
milli bayram - Respublika Günü münasibətilə ürəkdən
təbrik edirəm.
Bu gün dünyada çox yüksək elmi və texnoloji
potensiala malik olan azad və
demokratik dövlət
kimi ilbəil möhkəmlənən Azərbaycanın
müstəqillik dönəmində
qazandığı hər
bir uğura görə biz haqlı olaraq fəxr edirik.
Hörmətli İlham Heydər oğlu, Siz əsası Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən
qoyulmuş ənənələrin
layiqli davamçısı
kimi Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın
möhkəmlənməsinə çox böyük töhfə verirsiniz.
Çox hörmətli
İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı
və ali
dövləti fəaliyyətinizdə
uğurlar, Azərbaycan
xalqına isə sülh, əmin-amanlıq
və firavanlıq diləyirəm.
Səmimi hörmətlə,
Qurban QURBANOV,
Rusiya Federasiyası
Dağıstan Respublikasının
Dərbənd Rayon Administrasiyasının başçısı
Azərbaycan.- 2011.- 1 iyun.- S. 2.