Daxili işlər naziri,
general-polkovnik Ramil Usubov Türkiyə Quru
Qoşunlarının təlim və doktrina komandanı ilə
görüşmüşdür
Mayın 31-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının təlim və doktrina komandanı, ordu generalı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir son illər iki qardaş ölkənin silahlı qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli istifadə olunduğunu, bu istiqamətdə kadr hazırlığına böyük əhəmiyyət verildiyini qeyd etmişdir.
Ramil Usubov Türkiyə Quru Qoşunlarının təlim və doktrina komandanının respublikamıza səfərinin müsbət nəticələr verəcəyinə, iki qardaş ölkənin müvafiq qurumlarının potensial imkanlarından gələcəkdə də səmərəli istifadə olunacağına əminliyini ifadə etmişdir.
Ordu generalı Saldıray Berk son illər ərzində Azərbaycanın sürətli inkişafından, bunun nəticəsində xüsusən, Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşməsindən məmnun olduğunu bildirmişdir. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, Silahlı Qüvvələrin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, səmərəli əməkdaşlığın dövlətlərimizin maraq və mənafelərinə daha uğurla xidmət edəcəyini bildirmişdir.
Dostluq və
səmimilik şəraitində keçən
görüşdə qarşılıqlı maraq doğuran
bir sıra digər məsələlər də müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.- 1 iyun.- S.2.