Azərbaycanda "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniya başlanır

 

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondu Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə (YUNİSEF) əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniyaya başlayır.

Heydər Əliyev Fondunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, növbəti altı ay ərzində xüsusi tədbirlər, televiziyada yayımlanacaq sosial çarxlar, elanlar digər üsullar vasitəsilə həyata keçiriləcək kampaniya əlilliyi olan uşaqların sosial inteqrasiyasını dəstəkləyəcəkdir.

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası Azərbaycan hökuməti tərəfindən 2009-cu ildə ratifikasiya olunmuşdur. Ölkəmizdə müxtəlif layihələr, ən önəmlisi isə inklüziv təhsil ilə bağlı tədbirlər həyata keçirilir.

Azərbaycanda müxtəlif növ əlillikdən əziyyət çəkən təxminən 56 min uşaq qeydiyyata alınmışdır. Yalnız 6 min əlilliyi olan uşaq xüsusi məktəblərdə, 11 min uşaq isə ev mühitində təhsil alır.

Kampaniyanın məqsədi valideynlərin, eləcə müəllimlərin səhiyyə işçilərinin davranış münasibətlərinin dəyişməsinə təsir etməkdir. Bu kampaniya çərçivəsində nəzərdə tutulmuş təşviqat xarakterli tədbirlərdən biri sentyabrda Bakıda keçirilməsi planlaşdırılan əlilliyi olan uşaqlar ilə bağlı beynəlxalq konfransdır.

Tərəfdaşlarla həyata keçirilən tədbirlər gəncləri, uşaqları, eləcə KİV nümayəndələrini ictimai xadimləri bir araya gətirəcəkdir.

 

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 3.